ABŞ dövlət katibi Marko Rubio Ermənistan ətrafında geosiyasi rəqabətin gücləndiyini bəyan edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə parlamentin iclasında bildirib.
Rubionun sözlərinə görə, Rusiya İrəvanın Vaşinqtonla münasibətlərini genişləndirməsindən narahatlıq duyur və bu prosesləri diqqətlə izləyir.
ABŞ rəsmisi iddia edib ki, Ermənistanla ABŞ arasında əməkdaşlığın dərinləşməsi fonunda Moskva ölkədəki siyasi proseslərə təsir göstərməyə çalışır.
O bildirib ki, Rusiyanın məqsədlərindən biri mövcud Ermənistan hakimiyyətinin seçkilərdə zəifləməsinə və ya məğlub olmasına nail olmaqdır.
Rubio hesab edir ki, Ermənistanın xarici siyasətdə daha müstəqil kurs götürməsi regionda qüvvələr balansına təsir edən mühüm amillərdən biridir.
Tahir Turan
Globalinfo.az