gnr

İyun ayının 1-də “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinin İran İslam Respublikası ərazisində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İran İslam Respublikasının Nizam-İntizam Qüvvələrinin Baş Komandanının müavini general-mayor Qasım Rzainin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında görüş keçirilib.

Dövlət Sərhəd Xidmətindən Globalinfo.az-a verilən məlumata görə, görüşdə Azərbaycanİran dövlət sərhədində və dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyət, sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər, Azərbaycanİran dövlət sərhədinin işğaldan azad edilmiş hissəsində dövlət sərhədinin mühafizəsinin təşkili, eləcə də Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması istiqamətində görülən işlər müzakirə olunub.

Müzakirələr zamanı iki ölkənin sərhəd mühafizə qurumları arasında əməkdaşlığın inkişaf dinamikası yüksək qiymətləndirilmiş, dövlət sərhədindən qaçaqmalçılıq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, eləcə də transsərhəd cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər bu cür görüşlərin keçirilməsinin sərhəd mühafizə qurumları arasında əlaqələrin inkişafına, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə mühüm töhfə verdiyini qeyd ediblər.

Görüş dostluq, qarşılıqlı etimad və anlaşma şəraitində keçib.

1780316813 nma8jglkoyyrkh7jniugzrpmsykd3uv8cbm1kale 1200 1780316782 yo4rb1oufk6jzvvwczf4lhtuirtrjmwnmpdtqcae 1200

1780316815 wgohv8ozdrg1wprmsgnf4odjlr8zw3jpogb84tgv 1200

Elçin Quliyev iranlı generalla sərhəd mühafizəsini müzakirə etdi - FOTO

Paylaş: