“Hazırda Ermənistandakı Rusiya hərbi bazasının sökülməsi üçün heç bir əsas yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
“Rusiya bazası işləyir və aktivdir. Hazırda onun fəaliyyətini dayandırmasına heç bir əsas və ya təhdid görmürük. Bu baza mövcuddur və Ermənistanın təhlükəsizliyi naminə oradadır”, – deyə Şoyqu bildirib.
Qeyd edək ki, 1995-ci ildən bəri 102-ci hərbi baza Ermənistanın şimalındakı Gümrü şəhərində yerləşir. 2011-ci ildə onun respublikadakı fəaliyyəti 2044-cü ilə qədər uzadılıb.
Əliyar Xəlil