“Təhlükəsiz və əlçatan mənzil təminatı olmadan sağlamlıq, təhsil, iqtisadi artım və iqlim dayanıqlılığı kimi hədəflərə nail olmaq mümkün deyil”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “One UN” dəyirmi masasında deyib.
Onun sözlərinə görə, şəhərlər qlobal CO₂ emissiyalarının təxminən 70 faizini təşkil edir və bu səbəbdən mənzil və şəhərsalma siyasəti digər sahələrdən ayrı deyil, inkişafın əsas hərəkətverici gücüdür.
Rəfiyev vurğulayıb ki, mənzil böhranı heç bir ölkə və ya qurum tərəfindən təkbaşına həll edilə bilməz. Onun fikrincə, bu sahədə uğur üçün koordinasiyalı çoxtərəfli əməkdaşlıq və gücləndirilmiş BMT sistemi vacibdir. O əlavə edib ki, qlobal mənzil böhranının miqyası birgə fəaliyyət və effektiv tərəfdaşlıqları daha da zəruri edir.
Zaira Akifqızı
Globalinfo.az