cay

ABŞ-ın qərb-mərkəzi hissəsindəki Kolorado çayında su ehtiyatları azalır və bu da böhran təhlükəsi yaradır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

 Bildirilib ki, ABŞ-ın qərbində təxminən 40 milyon insan gündəlik su təchizatı üçün bu çaydan asılıdır:

“Artan əhali mənbədən getdikcə daha çox su çəkir və təbiət bu ehtiyatları bərpa etməkdə acizdir.

Xüsusilə, çayı qidalandıran dağlarda qar örtüyü bu qış rekord səviyyəyə çatdı, bu da Mid gölü və Pauell gölü kimi əsas su anbarlarında suyun səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə səbəb oldu”.

Nəşr qeyd edir ki, Arizona, Kaliforniya və Nevada ştatlarının hakimiyyət orqanları suyun qorunması üçün kampaniya başlatsa da, çayın yox olmasının qarşısını alacaq yekun razılığa gələ bilmirlər.

Bu vəziyyət kənd təsərrüfatı, su elektrik stansiyası və su təchizatı üçün təhlükə yaradır.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: