sUBAT2023 kiev1 900x600 1

Əgər Ukrayna Qələbə Günü tədbirləri zamanı Moskvaya hücum edərsə, Rusiya Silahlı Qüvvələri Kiyevə zərbə endirəcək.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib.

Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi bütün akkreditə olunmuş diplomatik nümayəndəliklərə nota göndərərək, Rusiya Müdafiə Nazirliyi tərəfindən səsləndirilən mümkün cavab tədbirlərinə ciddi yanaşmağı tövsiyə edib.

Müraciətdə qeyd olunur ki, Kiyevin mümkün təxribatına cavab olaraq paytaxta, o cümlədən qərar qəbuletmə mərkəzlərinə zərbələrin qaçılmaz ola biləcəyi nəzərə alınmalı və diplomatik nümayəndəliklərin əməkdaşları ilə vətəndaşların vaxtında təxliyəsi təmin edilməlidir.

Zaxarova vurğulayıb ki, Rusiya bu məsələdə “təcavüz mövqeyindən deyil, təcavüzə qaçılmaz cavab mövqeyindən” çıxış etdiyini bildirir və səsləndirilən xəbərdarlıqlara ciddi yanaşmağın vacibliyini qeyd edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: