kalininqrad

Rusiya Kalininqrad vilayətini proaktiv şəkildə müdafiə edir və istənilən ssenariyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Artem Bulatov deyib.

O qeyd edib ki, Kalininqrad vilayətinin yerləşməsi xüsusi yanaşma tələb edir:

“Bu, həm təhlükəsizliyin təmin olunması, həm də regionun potensialının açılması üçün unikal tədbirlərin görülməsini zəruri edir”.

Bulatov bildirib ki, Rusiya qabaqlayıcı tədbirlər görür.

O, həmçinin vurğulayıb ki, Moskva yalnız “hərəkət–əks təsir” formulu ilə məhdudlaşmır.

Mayın 5-də Rusiya səfiri Nikolay Korçunov bildirib ki, NATO təlimlər zamanı dəniz blokadası və Kalininqradın ələ keçirilməsi ssenarilərini məşq edir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: