Keçmiş FTB direktoru Ceyms Komi ABŞ Prezidenti Donald Trampa qarşı təhdid ittihamı ilə yenidən məhkəməyə verilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“İttihamlar onun 2025-ci ildə sosial şəbəkədə paylaşdığı foto ilə bağlıdır. Fotoda dəniz qabıqları ilə “86 47” rəqəmləri düzülüb.
Prokurorluq bu rəqəmləri Prezidentə qarşı gizli təhdid kimi dəyərləndirib. ABŞ jarqonunda “86” ifadəsi kimisə aradan götürmək mənasında istifadə oluna bilər, “47” isə ölkənin 47-ci prezidenti olan Trampa işarə kimi qiymətləndirilir.
Komi ittihamları rədd edərək bildirib ki, paylaşımın zorakılıq mənası daşıdığını anlamayıb və mübahisələr yarandıqdan sonra şəkli silib. O, məhkəmədə özünü müdafiə edəcəyini açıqlayıb”, – deyə bildirilib.
Prokurorluğun məlumatına görə, Komi təqsirli bilinərsə, onu bir neçə ilədək həbs cəzası gözləyə bilər.
Əliyar Xəlil
Globalinfo.az