iran abs 900x600 2

İranABŞ danışıqlarının növbəti raundu aprelin 26-da İslamabadda keçirilə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Al Hadath” telekanalı məlumat yayıb.

Bildirilir ki, Pakistan tərəfi həmin tarixdə məsləhətləşmələrin keçirilməsini planlaşdırır, lakin bu barədə nə Tehran, nə də Vaşinqton hələlik rəsmi açıqlama verib.

Vurğulanır ki, Pakistanın yüksək rütbəli hərbi rəsmilərinin Tehranda keçirdiyi görüş çərçivəsində İranın raket proqramından imtina etməyəcəyi qeyd olunub.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: