Əminəm ki, mənim səfərim iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək.
Globalinfo.az bildirir ki, bu sözləri Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında söyləyib.
Dövlət başçısı qeyd edib: “Bu gün müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, Azərbaycan və Gürcüstan hər zaman olduğu kimi, bir yerdədir”.
Qeyd edək ki, Azərbaycan qonşu ölkələrə sağlam və bərabərhüquqlu münasibətlərə xüsusi önəm verir. Bu kontekstdə Prezident İlham Əliyevin Gürcüstanı növbəti dəfə “qardaş ölkə” adlandırması diqqət çəkir.