76876 1639644387

“Ermənistan çox yaxın vaxtda Rusiya ilə iqtisadi münasibətləri yenidən qurmağa məcbur olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Əgər Rusiya şirkətləri Ermənistanda işləyə bilmirsə, niyə Ermənistan şirkətləri Rusiyada işləyə bilirlər? Bu, qarşılıqlı prinsiplə bağlı sualdır”, – deyə o bildirib.

Overçuk əlavə edib ki, Rusiyanın digər qonşuları, hətta Avropa İttifaqı (Aİ) ölkələri belə, Rusiya dəmiryolundan istifadə etməkdə maraqlıdır:

“Yalnız Ermənistan əməkdaşlığın davamını çətinləşdirir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: