iran

İran vətəndaşlarının Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) girişi və ya ölkənin hava limanlarında transferi qadağan edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Emirates” aviaşirkəti məlumat yayıb.

“Əmirliklərə giriş tələblərini yoxlamaq istəyən istifadəçilər veb saytdakı xüsusi bölmədə “vətəndaşlıq” sahəsinə “İran” yazdıqda müvafiq məlumatlar görünür”, – deyə bildirilib.

Aviaşirkət qeyd edir ki, qadağa BƏƏ-nin “qızıl vizası” olan, iri investorlara və iş adamlarına verilən 5-10 illik yaşayış icazəsi sahiblərinə şamil edilmir.

BƏƏ hakimiyyəti hələlik bu məlumatla bağlı rəsmi açıqlama verməyib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: