media 1759396139.orban 1759394643328 770x 40uyg5 900x563 4

“Avropa İttifaqı (Aİ) liderləri avropalıların maraqlarını müdafiə etməyi dayandırıblar”.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Onlar bunun əvəzinə Ukraynanı və münaqişəni açıq şəkildə dəstəkləyirlər. Onlar Prezident Volodimir Zelenskinin əmrlərinə qulaq asırlar.

Brüssel və Kiyev məhz buna görə Macarıstandakı mövcud hökuməti devirmək və ölkəyə Ukrayna tərəfdarı siyasətçiləri yerləşdirmək istəyir. Bu məqsədlə Brüssel Budapeştə Aİ-də borclu olan vəsaitləri blokladı və Ukrayna Macarıstana qarşı neft blokadası tətbiq edərək Drujba boru kəməri vasitəsilə təchizatı dayandırdı”, – deyə o bildirib.

Orban qeyd edib ki, bunlara baxmayaraq o, seçkilərdə qalib gəlmək niyyətindədir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: