Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı artıb.
Globalinfo.az xəbər verir ki, qəza nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb.
Xatırladaq ki, hadisə martın 1-ə keçən gecə baş verib. Qəza zamanı sərnişin qatarında 350 nəfər olub. Toqquşan qatarların ilk vaqonları tamamilə sıradan çıxıb. Baş vermiş qəzada 56 nəfərdən itkin düşmüş sayılır.














