Globalinfo.az xəbər verir ki, bu barədə İranın “Fars News” agentliyi məlumat yayıb.
Məlumata görə, ali liderin həyat yoldaşı Mənsurə Xocəstə Bağırzadə sağdır və onun ölümü ilə bağlı yayılan ilkin xəbərlər həqiqəti əks etdirmir. Agentlik xəbərin mənbəyini dəqiqləşdirməyib.
Xatırladaq ki, daha əvvəl “Al Alam” telekanalı Mənsurə Xocəstə Bağırzadənin yaralanmasından bir neçə gün sonra vəfat etdiyi haqda məlumat paylaşıb. Müxalif mövqeli “Iran International” televiziya kanalı isə onun komada olduğunu bildirib. Son açıqlamaya əsasən isə onun sağ qaldığı vurğulanır.
Əliyar Xəlil