BƏƏ İranın hücumlarına cavab olaraq ölkənin özünümüdafiə hüququndan istifadə etdiyini bəyan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, İran tərəfindən BƏƏ infrastrukturuna və mülki obyektlərə 1400-dən çox ballistik raket və pilotsuz uçuş aparatı atılıb. Hücumlar nəticəsində dinc sakinlər arasında itkilərin olduğu qeyd edilib.
Bəyanatda vurğulanıb ki, bu addımlar beynəlxalq hüququn ciddi şəkildə pozulması, həmçinin BƏƏ dövlətinin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş hərəkət kimi qiymətləndirilir.
Eyni zamanda BƏƏ tərəfi münaqişəni genişləndirmək niyyətində olmadığını bildirib. Rəsmi Əbu-Dabi ölkənin milli təhlükəsizliyini və vətəndaşlarının müdafiəsini təmin etmək üçün beynəlxalq hüquqa uyğun bütün zəruri tədbirləri görmək hüququnu saxladığını bəyan edib.
Tahir Turan
Globalinfo.az