Dubayda hava hücumundan müdafiə sistemi tərəfindən vurulan pilotsuz uçuş aparatının qalıqlarının avtomobilə düşməsi nəticəsində bir nəfər ölüb.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirlikləri hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hadisə Dubayın Əl-Barşa rayonunda baş verib.
PUA-nın qalıqları avtomobilin üzərinə düşüb və nəticədə avtomobildə olan kişi həyatını itirib.
Qeyd olunur ki, hadisə regionda hava hədəflərinin ardıcıl şəkildə ələ keçirildiyi bir vaxtda baş verib.
***22:26
Dubayda yerləşən “23 Marina” adlı göydələnə İranın kamikadze dronu çırpılıb.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Daily Expess” məlumat yayıb.
Məlumata görə, 90 mərtəbəli binanın 88-ci mərtəbəsi zərər görüb.
Hazırda xilasedicilər hadisə yerində insanları təxliyə edir.
90 mərtəbəli binada ABŞ kəşfiyyatının əməkdaşlarının olduğu iddia edilir.
Hadisə ilə bağlı Dubay rəsmiləri hələlik rəsmi açıqlama verməyiblər.