Amerikanın BMT-dəki səfiri Mayk Uolts ilə İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani arasında qəfil qarşıdurma yaşanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “RawStory” məlumat yayıb.
Hadisə ABŞ səfirinin BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxışı zamanı baş verib. Uolts çıxışında ABŞ prezidenti Donald Trampın göstərişilə İsraillə birgə həyata keçirilmiş hava zərbələrini xatırladıb. Həmin zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei və digər yüksək vəzifəli şəxslərin öldürüldüyü iddia edilib.
İranın nümayəndəsi İrəvani isə Amerika nümayəndələrini “etik davranmağa” çağırıb.
Bununla bağlı Uolts bildirib: “Düzünü desəm, mən bu məsələyə yenidən cavab verməyəcəyəm, xüsusən də İran nümayəndəsinin burada olması fonunda, susacam. Çünki o, azadlıq istədiyinə görə minlərlə vətəndaşını öldürmüş və çoxlarını həbs etmiş bir rejimi təmsil edir.”
Sonradan Uolts Fox News-a verdiyi müsahibədə İrəvanini xəbərdar edib. Səfir bildirib ki, İranın BMT-dəki səfiri Nyu-Yorkda olarkən sözlərini diqqətlə seçməlidir.
Hadisə, ABŞ və İran arasındakı gərginliyin BMT çərçivəsində də özünü göstərdiyini nümayiş etdirir.
Əliyar Xəlil