
“İran düşmənə qarşı mübarizəni davam etdirəcək”.
Globalinfo.az xəbər verir ki, belə bir bəyanatla İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) çıxış edib.
Açıqlamada qeyd olunub ki, “düşmənə hücum etmək üçün qapılar açıq saxlanılacaq və onlar məğlub edilənə qədər rahatlıq olmayacaq”.
“Düşmən hətta evdə belə təhlükəsiz olmayacaq və onun xoşbəxt günləri bitdi”, – deyə bildirilib.
Bəyanatda qarşı tərəfə qarşı hərbi və təhlükəsizlik tədbirlərinin genişləndiriləcəyi vurğulanır.
Rəsmi açıqlama regionda artan gərginlik fonunda səsləndirilib və tərəflər arasında qarşıdurmanın daha da dərinləşə biləcəyi ilə bağlı narahatlıqları artırıb.
Tahir Turan
Globalinfo.az