2024 10 30 12 49 14HsHxp8Cr5odmxZcBbxiv file 1

Monteneqronun Energetika və Mədənçilik Nazirliyinin dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək.

Globalinfo.az xəbər verir ki, “Report”un Balkan bürosunun əldə etdiyi məlumata görə, səfər mart ayında baş tutacaq.

Səfərin məqsədi martın 3-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında iştirak etməkdir.

Paylaş: