Rusiya və onun daxilində Federal Təhlükəsizlik Xidməti (FSB) terrorizmə qarşı mübarizəni daha da gücləndirməlidir
Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, Rusiyada artan terror aktlarının arxasında Ukrayna dayanır və Kiyev döyüş meydanında məğlub edə bilmədiyi üçün fərdi və kütləvi terrora əl atır.
Bundan əvvəl FSB rəhbəri Aleksandr Bortnikov general-leytenant Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdində iştirak edənlərin və sifarişçilərin demək olar ki, hamısının müəyyən edildiyini açıqlamışdı.
Məlumata görə, Rusiya rəhbərliyi terror təhlükəsinin artdığını bəyan edir və təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini bildirir.
Tahir Turan