
“İsrail Qəzza zolağını təkbaşına uğurla işğal edə bilməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ senatoru Lindsey Qraham deyib.
O bildirib ki, bu prosesdə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı öz imkan və resursları ilə iştirak etməlidir:
“Onlar yeni Qəzzanı qurmağa və uşaqları nifrət deyil, dözümlülük ruhunda tərbiyə etməyə kömək etməlidirlər. Bu işdə əsas rol BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyana düşür. O, İsrailin güclü müttəfiqi olaraq Qəzzanı BƏƏ-yə bənzətməkdə yardım edə bilər. Planetdə ən radikal insanlar Qəzzadadır”.
Qraham Tehranın ABŞ bazalarına zərbə endirə biləcəyini də əlavə edib.
Safura Bənnayeva
Globalinfo.az