iran abs 900x600 1

ABŞ və İran arasındakı növbəti dolayı danışıqlar martın əvvəlinə planlaşdırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuter” agentliyi məlumat yyaıb.

Bildirilib ki, bu danışıqlar müvəqqəti sazişin imzalanmasına gətirib çıxara bilər.

“Tehran və Vaşinqton sanksiyaların aradan qaldırılması və İranın nüvə proqramının məhdudlaşdırılması üzrə ölçü və mexanizmlər məsələsində razılaşmırlar.

Lakin İran yüksək zənginləşdirilmiş uranın bir hissəsinin ixracını və onun zənginləşmə səviyyəsinin azaldılmasını ciddi şəkildə nəzərdən keçirə bilər”, – deyə qeyd edilib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: