Miq imtahan

Bu il 35 minə yaxın müəllimin sertifikasiya imtahanına cəlb edilməsi nəzərdə tutulur.

Globalinfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, bu il ibtidai sinif üzrə yerdə qalan regionlar və ölkə üzrə Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlərin biliyi yoxlanılacaq.

O bildirib ki, bu il oxşar qaydada aparılacaq:

“Ötən ilki imtahanları təhlil edərək qənaətə gəlmişik ki, bütün fənlər üzrə əlavə 30 dəqiqə də vaxt verilsin”.

Paylaş: