Cenevrədə ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında təşkil olunan danışıqlarda irəliləyiş əldə edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşr yazır ki, danışıqların siyasi müstəvisində gərginlik olduğu kimi qalır və tərəflər bir-biriləri ilə razılaşmır. Lakin hərbi müstəvidə müəyyən irəliləyiş əldə edilib. ABŞ ordusunun yüksək rütbəli rəsmilərinin də iştirak etdiyi danışıqlarda atəşkəsin praktik şərtləri, tərəflərdən biri razılaşmanı pozacağı halda üzləşəcəyi vəziyyət müzakirə edilib. Nəticədə bu istiqamətdə razılaşma əldə olunub və detalların dəqiqləşdirilməsi üçün görüşlərin davam etdirilməsinə qərar verilib.
CNN yaxın həftələrdə yeni danışıqların baş tutacağını yazır.
Əliyar Xəlil
Globalinfo.az