tapanca 1 1

Bu gün İrəvanda baş vermiş atışmanın bəzi təfərrüatları məlum olub.

Globalinfo.az xəbər verir ki, xəstəxanaya 7 nəfər gətirilib, onlardan biri ölüb.

    Bildirilib ki, yaralılardan ikisinin vəziyyəti ağırdır, qalanları əməliyyat olunur.

    Hadisənin digər detalları hələlik açıqlanmayıb.

    ***17:18

    İrəvanın Açapnyak rayonunda atışma baş verib.

    Globalinfo.az xəbər verir ki, internetdə bir qrup insanın bir-birinə atəş açdığını əks etdirən video yayılıb.

      Daxili İşlər Nazirliyindən bildirilib ki, polis əməkdaşları təcili əməliyyat-istintaq tədbirləri görürlər, əlavə məlumat veriləcək.

      İlkin məlumatlara görə, hadisə nəticəsində ən azı 6 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

      Paylaş: