“Mən bu barədə danışmışam, ümumi şəkildə demişəm ki, beynəlxalq hüquq artıq öz qüvvəsini itirib”.
Globalinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxendə yerli televiziya kanallarına müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, beynəlxalq təşkilatların qətnamələri sadəcə kağız üzərində qalır, bir çox ölkələr onlara sadəcə məhəl qoymur.
“Yalnız beynəlxalq hüquqa arxalanmaq sizin problemlərinizi həll etməyəcək. Azərbaycanın nümunəsi bunu həqiqətən nümayiş etdirir.
Ona görə də, yeni dünya düzəninin və ya hökumətlərarası münasibətlərin yeni sisteminin yaranması mütləq şəkildə gözlənilən idi. Məsələ bu addımı atmaq məsuliyyətini kimin üzərinə götürəcəyi idi. Düşünürəm ki, Prezident Tramp “Sülh Şurası”nın təşəbbüskarı olmaqla böyük iş görüb. Bu, böyük gələcəyi olan bir təsisatdır”, – İlham Əliyev deyib.