WhatsApp Image 2024 07 11 at 10.12.24 2

BMT İnsan Hüquqları Şurasının fevralın 23-də keçiriləcək iclasında İranın xarici işlər naziri Abbas Əraqçinin çıxışı ləğv edilib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə BMT-nin icraçı direktoru və beynəlxalq hüquqşünas Hillel Noyer X hesabında məlumat yayıb.

Onun sözlərinə görə, İranın xarici işlər nazirinin adı rəsmi natiqlər siyahısından çıxarılıb:

“Qərar Əraqçinin tədbirə dəvət olunmamasını tələb edən və İsveçrə polisindən onun insanlığa qarşı cinayətlərə görə həbsini istəyən 100 mindən çox imzanın toplanmasından sonra qəbul edilib”.

Paylaş: