Maya Sandunun rəhbərliyilə 80 min nəfər mitinq keçirir

Moldovanın paytaxtı Kişinyovun mərkəzində keçirilən avrointeqasiyaya dəstək məqsədilə mitinq keçirilib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Mitinqə 80 minə yaxın insanın qatıldığı bildirilib.

Prezident Maya Sandu tərəfindən elan edilən mitinqdə dövlət başçısının özü və sırf bu tədbir üçün ölkəyə səfər edən Avropa Parlamentinin sədri Roberta Metsola çıxış ediblər.

Mitinq iştirakçıları ölkənin Avropaya inteqrasiyasını dəstəkləyən qətnamə qəbul ediblər. Sənəddə qeyd olunur ki, Moldova Avropa Birliyinin tamhüquqlu hissəsi olmağa çalışır, bu, sabitliyə zəmanət verə və ona öz potensialını reallaşdırmağa imkan verə bilər.