elgiz ekber

Aparıcı Elgiz Əkbər vəsiyyətini açıqlayıb.

Globalinfo.az bakupost.az-a istinadən xəbər verir ki, o, bu barədə “Elgizlə izlə” verilişində danışıb.

Azərbaycanda bu cür vəsiyyəti ilk dəfə özünün etdiyini vurğulayan aparıcı mərhum deputat Qənirə Paşayevanı da xatırladıb:

“Allah Qənirə Paşayevaya qəni-qəni rəhmət eləsin. Vəsiyyətimi açıqladığım gün o, verilişdə qonaq idi. Verilişdən əvvəl bu məsələni müzakirə etdik və mən ona bildirdim ki, efirdə bunu elan edəcəyəm. Həmin gün o da Milli Məclisdə bu barədə açıqlama verdi.

Mən könüllü şəkildə demişəm ki, vəfat edəndən sonra kimə nə lazımdırsa, götürsün. Artıq insan dünyasını dəyişib, o orqanları torpaq altında nə edəcəyəm? Bəlkə kiminsə ürəyə ehtiyacı var – yaşasın.Bəlkə gözüm kiməsə lazım olar – görsün. Torpağın altında onları nə edəcəm?”

Paylaş: