Kreml ABŞ-ın vitse-prezidenti Ceyms Di Vensin Azərbaycan və Ermənistana səfərinə reaksiya verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırıb.
O bildirib ki, suveren dövlətlərin digər ölkələrlə əməkdaşlıq qurmaq hüququ var.
Qeyd edək ki, ABŞ vitse-prezidenti Ceyms Di Vens fevralın 9 və 10-da Ermənistanda, 10 və 11-də isə Azərbaycanda səfərdə olub.
Əliyar Xəlil
Globalinfo.az