1761739632347891361690203704e8bc 1 1 900x603 2

Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan ilə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O bildirib ki, Putin BƏƏ prezidentinə general-leytenant Vladimir Alekseyevə qarşı sui-qəsddə şübhəli bilinən şəxsin saxlanılmasında Əmirliklərin göstərdiyi yardıma görə təşəkkür edib.

Qeyd edək ki, Alekseyevə qarşı sui-qəsd fevralın 6-sı səhər saat 07:00 radələrində baş verib. İstintaq Komitəsinin məlumatına görə, killer Volokolamsk şosesində yerləşən yaşayış binasının 24-cü mərtəbəsində generala hücum edib. Naməlum şəxs Vladimir Alekseyevə bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb. Daha sonra cinayəti törədən şəxs Dubayda saxlanılıb, hazırda onun əlbir olduğu şəxslər də müəyyən edilib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: