turkiye zelzele yeni2

***10:21

Türkiyənin Ərzincan şəhərində 4,9 bal gücündə zəlzələ baş verib. 

Globalinfo.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilir ki, zəlzələnin dərinliyi 4,52 kilometr olub.

Zəlzələ qısa müddətli təşviş yaradıb, lakin ölən və ya ciddi ziyan barədə məlumat yoxdur.

Qeyd edək ki, bu səhər Türkiyənin Aralıq dənizi bölgəsində də zəlzələ qeydə alınıb.

    4.2 maqnitudalı zəlzələ 5.32 km dərinlikdə baş verib.

    Xatırladaq ki, bu gün Türkiyədə “Əsrin faciəsi”ndən – 50 mindən artıq insanın həyatına son qoymuş dağıdıcı zəlzələdən 3 il ötür.

    Safura Bənnayeva
    Globalinfo.az

    Paylaş: