17546910066405720522 1200x630 2

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında mümkün nüvə müharibəsinin qarşısını aldığını iddia edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “Truth Social” sosial media platformasında paylaşım edib.

Trampın sözlərinə görə, onun administrasiyası Pakistanla Hindistan, eləcə də İranla İsrail arasında nüvə müharibəsinin baş verməsinin də qarşısını alıb.

Daha əvvəl ABŞ lideri Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlardan sonra tərəflərin Ukraynadakı münaqişənin demək olar ki, həllinə nail olduqlarını bildirib.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff isə qeyd edib ki, Ukrayna münaqişəsinin həlli üçün hələ də xeyli iş görülməlidir.

Tahir Turan
Globalinfo.az

Paylaş: