1770046455 17700459362101546213 1200x630 3

Sülh kimi qiyməti olmayan nemət öz-özünə yaranmır. Sülh cəsarəti, digərini dinləmək və ən çətin şəraitdə belə güzəştlər yolunu tapmaq, qəbul edilmiş qərarlar üzrə məsuliyyət daşımaq bacarığını tələb edir.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın laureatlarına ünvanladığı təbrik videomüraciətində deyib.

“Şeyx Zayedin “İnsan Qardaşlığı Mükafatı”nın laureatlarını – Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevi və Ermənistan Respublikasının Baş naziri Zati-aliləri Nikol Paşinyanı səmimiyyətlə təbrik etmək mənim üçün böyük şərəfdir”, – deyə bildirən Mirziyoyev qeyd edib ki, uzun sürmüş münaqişəni rasional şəkildə həll etmək və sülhə nail olmaq naminə həmin siyasi liderlərin birgə səyləri, heç şübhəsiz, bu nüfuzlu mükafata layiqdir:

“Əldə olunmuş razılaşma problemin həllində məsuliyyətli yanaşmanın, bütöv regionumuzda sabitliyin təmin edilməsi istiqamətində atılmış tarixi addımın bariz nümunəsidir”.

***

“Qırğız Respublikası 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində aranızda keçirilmiş görüşün nəticələrinə dair Birgə Bəyannamənin imzalanmasını xüsusi məmnuniyyət hissi ilə alqışladı. Bu, sadəcə, siyasi və diplomatik addım deyil, Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edən həqiqətən də tarixi bir nailiyyətdir”.

Globalinfo.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov “Zayed İnsan Qardaşlığı Mükafatı”nın laureatlarına təbrik müraciətində deyib.

Japarov daha sonra sözlərinə belə davam edib:

“Onu da xüsusi vurğulamaq istəyirəm ki, hörmətli İlham Heydər oğlu və hörmətli Nikol Vovayeviç görkəmli dövlət xadimliyinin, uzaqgörən liderliyin və siyasi məsuliyyətin ən yüksək səviyyəsini nümayiş etdirdilər. Qırğız Respublikası qəti şəkildə əmindir ki, ölkələriniz arasında münasibətlərin tam bərpası, ilk növbədə, hər iki xalqın mənafeyinə xidmət edir və davamlı sülhün güclü təməlini yaradır. Bu mənada biz sülh sazişinin ən qısa zamanda imzalanması istiqamətində Bakı və İrəvanın son vaxtlardakı səylərini tam dəstəkləyirik. Biz iki ölkə arasında qarşılıqlı etimadı gücləndirən və dayanıqlı sülh arxitekturasının yaradılmasına töhfə verən bu prosesin hərtərəfli dəstəklənməsinə hazırıq.

İnanıram ki, AzərbaycanErmənistan eyni şəkildə sülh münasibətlərinə nail olacaqlar və iki xalq arasında harmoniya, dostluq və firavanlıq naminə uzunmüddətli əməkdaşlığın möhkəm təməlini qoyacaqlar”.

**

“Mən Prezident İlham Əliyevi və Baş nazir Nikol Paşinyanı “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunmaları münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu mükafat qarşıdurma məntiqi əvəzinə sülhün, kin əvəzinə məsuliyyətin, keçmiş əvəzinə gələcəyin seçilməsi baxımından müdrik rəhbərliyi qeyd edir”.

Globalinfo.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın laureatlarına təbrik müraciətində deyib.

Tokayev daha sonra sözlərinə belə davam edib:

“Dünyanın getdikcə parçalanmış vəziyyətə düşdüyü bir vaxtda belə siyasətin müstəsna mənəvi və siyasi əhəmiyyəti var. Sülh sazişi istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir. Bu, hətta uzunmüddətli münaqişələrin dialoq, məsuliyyət və təmkinlik vasitəsilə həll oluna biləcəyini nümayiş etdirir.

Qarşıdurma və ciddi parçalanma xətləri ilə səciyyələndirilən bir dövrdə bu təcrübə göstərir ki, barışıq zəiflik deyil, güc deməkdir. Qazaxıstan üçün Azərbaycan və Ermənistan yaxın, qardaş ölkələrdir. Biz ölkəmizə göstərilmiş etimadı, o cümlədən sülh danışıqlarının mühüm mərhələsinin Almatıda keçirilməsini yüksək qiymətləndiririk. Bu, irəli getməyin yeganə yolunun dialoq olduğu ilə bağlı birgə inamımızın təzahürüdür. Azərbaycan ilə Ermənistan arasında sülh və əməkdaşlıq bu mirasa yeni məzmun qatır, onun regionun hüdudlarından çox uzaqda olan aktuallığını nümayiş etdirir.

Hörmətli Prezident Əliyev, hörmətli Baş nazir Paşinyan. Sizin sülhə güclü sadiqliyiniz milyonlarla insana ümid verdi və mehriban qonşuluq əlaqələrinin, sabitliyin beynəlxalq münasibətlərin ən ali dəyərləri olması ilə bağlı dünya ictimaiyyətinə aydın siqnal göndərdi. Hər ikiniz böyük müdriklik və dərin baxış nümayiş etdirdiniz. Əminəm ki, balansa və məntiqi düşüncəyə əsaslanan diplomatiya vasitəsilə biz daha sabit və proqnozlaşdırılabilən gələcək qura bilərik”.

**

Pakistan ilə Azərbaycanı dərin kökləri olan qardaşlıq, qətiyyətli qarşılıqlı dəstək telləri bağlayır, xalqlarımızı çalışdıqları qlobal sülh, rifah və dayanıqlı inkişaf dəyərləri birləşdirir.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif “Zayed İnsan Qardaşlığı Mükafatı”nın laureatlarına təbrik videomüraciətində deyib.

O, Prezident İlham Əliyevin müdrik və düşünülmüş rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi yüksək nailiyyətlərindən fəxr hissi duyduğunu bildirib:

İlham Əliyev Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır. Pakistan həmin Sazişi nəinki AzərbaycanErmənistan, o cümlədən bütöv region üçün yeni əmin-amanlıq və dayanıqlı sülh dövrünün başlanğıcı kimi alqışladı. Mən əziz qardaşım, Prezident İlham Əliyevi bu nüfuzlu mükafatı alması münasibətilə bir daha təbrik edirəm. Ümidvaram və dua edirəm ki, uzaqgörən rəhbərinin səyləri ilə qardaş Azərbaycan xalqı uzunmüddətli sülhə, əmin-amanlığa və tərəqqiyə doğru addımlarını davam etdirsin”.

Paylaş: