gunel gozeleva 1

Vəzifədən getdiyi deyilən Günel Gözəlova açıqlama yayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

“Əziz həmkarlarım, doğmalarım, dostlarım, səhəri “Günel Gözəlova işdən çıxarıldı” başlıqlı xəbərlərlə açdım. Bu, çox ayıb və jurnalistikaya zidd addımdır. 6 ayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi tərəfindən iki dəfə təşəkkürnaməyə layiq görülmüşəm. Məndən soruşmadan, elə sizlərdən olan biri ilə bağlı bu tərzdə  gündəm yaratmaq jurnalistika deyil”, – deyə aparıcı bildirib.

Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Media və Kommunikasiya Şöbəsinin Multimedia sektorunun müdiri Günel Gözəlovanın vəzifəsindən ayrılması haqda xəbər yayılmışdı.

Paylaş: