royal memmedov

Gəncə şəhərində Vətən müharibəsi iştirakçısı olan Röyal Məmmədovun ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, öldürülən Vüsal Məmmədovla yanaşı onu qətlə yetirməkdə şübhəli bilinən və saxlanılaraq istintaqa təhvil verilən Murad Hacıyev də Vətən müharibəsi iştirakçısıdır.

Hadisə gecə saatlarında şəhərin Mikayı Muşfiq küçəsində qeydə alınıb.

Qeyd edək ki, hadisə ilə bağlı Gəncə şəhər prokurorluğu məlumat yaıb. Məlumatda deyilib ki, fevralın 3-də 2001-ci il təvəllüdlü Röyal Məmmədovun xəsarətlər alması, yerləşdirildiyi xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla cinayətin 1988-ci il təvəllüdlü Murad Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Hacıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

qatil11

Murad Hacıyev

***11:12

“Unikal”ın məlumatına görə, qətlə yetirilən R.Məmmədov Vətən müharibəsi iştirakçısı olub.

***10:14

Gəncədə 24 yaşlı oğlanın öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Globalinfo.az-a Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, fevralın 3-də 2001-ci il təvəllüdlü Röyal Məmmədovun xəsarətlər alması, yerləşdirildiyi xəstəxanada aldığı xəsarətlərdən ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla cinayətin 1988-ci il təvəllüdlü Murad Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Hacıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

Paylaş: