fazil mustafa 900x563 1

Naxçıvan Muxtar Respublikasının Azərbaycanın ayrılmaz hissəsi olduğunu qeyd edirik, lakin eyni zamanda onun dövlət rəmzlərinin mövcudluğunu da vurğulayırıq. Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasının ayrıca dövlət kimi təqdim olunmaması Konstitusiyadan irəli gəlməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa deyib.

Deputat İranda baş verən proseslərdən də danışıb:

“Bu istiqamətdə ola bilsin ki, Azərbaycanın müəyyən institutlarında və dövlət qurumlarında məlumatlar mövcuddur və uyğun addımların atılması planlaşdırılır. Lakin əsas sual cəmiyyətin bu proseslərə necə hazırlanmasıdır. Demək olar ki, dünyanın bütün ölkələri bu və ya digər formada məsələyə müdaxilə etməyə çalışır. Bu baxımdan media və cəmiyyət mümkün proseslərə əvvəlcədən hazır vəziyyətə gətirilməlidir.

Hazırda İranda vəziyyət kifayət qədər ciddidir və oradan qaçqın axınının baş verməsi ehtimalı var. Ölkə əhalisini bu cür risklərə hazırlamaq üçün aidiyyəti qurumlar üzərlərinə konkret öhdəliklər götürməlidir. Azərbaycan üçün bu proseslər müəyyən risklər yaradır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: