tramp 3 900x600 1

ABŞ Prezidenti Donald Tramp Çində baş verə biləcək hərbi təmizləmə ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Globalinfo.az xəbər verir ki, bu barədə o, jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun fikrincə, Çində yalnız bir “boss” mövcuddur, o da Prezident Si Cinpindir.

Tramp vurğulayıb ki, məhz onunla işləyir və Çində sabitliklə bağlı narahat deyil.

“Prezident Si liderdir və Çində çox hörmətlə qarşılanır”, – deyə Tramp əlavə edib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: