Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində yerləşən Tüpraş neft emalı zavodunda güclü partlayış baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.
Hadisə yerinə dərhal yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. İlkin məlumatlara əsasən, partlayış nəticəsində xəsarət alan olmayıb. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında da Avropada bir sıra neft emalı zavodlarında oxşar hadisələr qeydə alınıb.
Tahir Turan
Globalinfo.az