6975d90444e456975d90444e4617693309486975d90444e436975d90444e44

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Füzuli rayonu ərazisində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Globalinfo.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən “Jeep” və “Mitsubishi” markalı minik avtomobillərinin hərəkəti təmin edilib və vətəndaşlara müvafiq köməklik göstərilib.

Paylaş: