Suriya ordusu Fərat bəndinə nəzarəti ələ keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb.
Bildirilib ki, hökumət qüvvələri həyata keçirilən əməliyyatlar nəticəsində ərazini “Suriya Demokratik Qüvvələri”ndən (SDQ) təmizləyərək nəzarətə götürüb.
“Su elektrik stansiyalarının idarə olunması ixtisaslaşmış dövlət qurumlarına və texniki heyətə qaytarılıb”, – deyə əlavə olunub.
Safura Bənnayeva
Globalinfo.az