qezzzzza

Goranboy rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “VAZ 2107” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü, Xocalı rayon sakini 1998-ci il təvəllüdlü Fərid Əliyev, eləcə də maşında olan sərnişinlər – 1971-ci il təvəllüdlü Təranə Əliyeva və 1989-cu il təvəllüdlü Şəlalə Şadmanova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma başlanılıb.

7d06efc8 04cf 43e8 be51 e7d56252b0be

Paylaş: