Rusiya muharibe 700x403 1

NATO-nun baş katibi Mark Rutte Rusiyanın Ukraynadakı hərbi itkilərinin miqyasını şərh edib. 

Globalinfo.az-ın xəbərinə görə, o bildirib ki, bu itkilər Rusiyanın uzunmüddətli qarşıdurmaya hazırlaşdığını göstərir.

“Ruslar hazırda Ukraynanın möhkəm müdafiəsi nəticəsində ayda 20–25 min hərbçisini itirir. Bu, məhz ölənlərin sayıdır. Müqayisə üçün, SSRİ 1980-ci illərdə (on il ərzində – red) Əfqanıstanda təxminən 20 min itki verib. İndi isə bir ayda bu qədər itki yaşanır”, – deyə Rutte bildirib.

O əlavə edib ki, Rusiya, Çin, İran və Şimali Koreya arasında artan yaxınlaşma Qərbə birbaşa təhdiddir. Bununla belə, Rutte NATO ölkələrinin uzunmüddətli dostluq və əməkdaşlıq təcrübəsinə əsaslandığını bildirib.

ABŞ NATO-ya tam sadiqdir. Amma Avropa və Kanada öz təhlükəsizliyinə görə daha çox məsuliyyət daşımalıdır. Bu, ədalətlidir”, – deyə Rutte vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: