Qars-İqdır-Aralık-Dilucu dəmir yol xətti Zəngəzur dəhlizi üçün mühüm əhəmiyyətə malikdir.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
“Azərbaycan işlərə davam edir. Naxçıvan tərəfində də tamamlanmamış işlər var. Ehtimal ki, bu il Azərbaycan başlayacaq.
Zəngəzur keçidi isə bildiyiniz kimi, ABŞ-ın da prosesə daxil olması ilə başlamışdı. Orada da bu il ərzində inkişaf gözləyirik. 2030-cu ilə qədər Zəngəzur dəhlizini istifadəyə vermiş olacağıq”.
Safura Bənnayeva
Globalinfo.az