Xocalı soyqırımı günü şou təşkil edən kafedən AÇIQLAMA

Xocalı soyqırımı günü şou təşkil edən kafedən AÇIQLAMA

“Port Baku Mall” ticarət mərkəzində yerləşən “Alices cafe”nin 26 fevral tarixində uşaqlar üçün əyləncəli proqram təşkil olunacağı ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb.

Şounun Xocalı soyqırımının ildönümü ilə eyni günə planlaşdırılması tənqidlərə səbəb olub.

Məsələ ilə bağlı kafe rəhbərliyindən Globalinfo.az-a bildirilib ki, tarixin seçilməsində səhvə yol verilib:

“Kafenin proqramında təkcə 26 fevral tarixi boş olduğundan animasiya şousu üçün həmin gün seçilib. Günün mahiyyətinin fərqində olmamışıq. Belə bir səhvə yol verdiyimizə görə üzr istəyirik. Şounun tarixi mütləq şəkildə 27 fevralla əvəzlənəcək”.

Ayşən Mustafa
Globalinfo.az