Məktəbli qızların Polad Həşimova sevgisi gündəm oldu – VİDEO

Sosial şəbəkələrdə məktəbli qız uşaqlarının Milli Qəhrəman, əfsanəvi general Polad Həşimova münasibətini əks etdirən görüntü yayılıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, uşaqların Polad Həşimovun portretini dəfələrlə öpmələri və ona sevgilərini göstərmələri təsadüfən yoldan keçən şəxsin sezilmədən çəkdiyi görüntülərdə əks olunub.

Sosial şəbəkə istifadəçiləri uşaqların Vətən sevgisini bu cür ifadə etmələrini fərəhlə qeyd edərək, yeni nəslin vətənpərvər yetişməsindən qürurlandıqlarını ifadə ediblər.