can yaman

Məşhurlara qarşı həyata keçirilən narkotik araşdırması çərçivəsində baş tutan əməliyyat zamanı üzərindən narkotik tapılaraq saxlanılan Can Yaman sərbəst buraxılıb.

***09:22

Türkiyənin məşhur aktyoru Can Yaman saxlanılıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İddiaya görə C.Yaman İstanbul Baş Prokurorluğu tərəfindən aparılan “Narkotik” istintaqı çərçivəsində saxlanılıb.

Qeyd edək ki, aktyorun saxlanılması ilə bağlı rəsmi açıqlama verilməyib.

Əlavə edək ki, əməliyyatlar çərçivəsində Ceren Alpər, Selen Görgüzel, Ayşə Sağlam və Nilüfər Batur Tokgöz kimi tanınmış şəxslər saxlanılıb.

Paylaş: