tyr

Ötən gün ictimai fəal Mətanət Əzizova feysbuk hesabında Praqa aeroportunda, Praqa- Bakı (AZAL) reysinin gözləmə zalından bir kişinin yoxlamadan keçmədən, qanunsuz trapa daxil olması və təyyarəyə tərəf getməsi barədə məlumat paylaşıb.

Globalinfo.az-ın xəbərinə görə, AZAL-dan bildirilib ki, dünən Praqa hava limanında Praqa–Bakı marşrutu üzrə reysin uçuşundan əvvəl təhlükəsizlik nəzarəti qaydalarını pozaraq hava gəmisinə daxil olmağa cəhd göstərən kənar şəxslə bağlı insident qeydə alınıb: “Uçuşun və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin şəxsin təyyarəyə girişinin vaxtında qarşısı alınıb. Hava limanının təhlükəsizlik xidmətləri və hüquq-mühafizə orqanları hadisə yerinə gələnədək həmin şəxsin hərəkətləri “Azərbaycan Hava Yolları” aviaşirkətinin ekipajı tərəfindən dayandırılıb.

Hazırda insidentlə bağlı hava limanının müvafiq xidmətləri və səlahiyyətli qurumlarla birgə araşdırma aparılır”.

Paylaş: