
“Tramp administrasiyası 23 dekabrda Venesuela Prezidenti Nikolas Maduroya hakimiyyəti tərk edərək Türkiyəyə getməyi təklif edib”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.
Bildirilib ki, Maduro bu təklifi rədd etdikdən sonra hərbi əməliyyatın düyməsinə basılıb.
“Venesuela liderinə xaricdə rahat və təhlükəsiz həyat təklif olunsa da, o, bunu istəməyib. Maduro artan təzyiqlər səbəbindən ölkəni tərk etməyi düşünsəydi, onun ən ehtimal olunan dayanacağı yer Türkiyə olacaqdı.
Bu ölkə onun üçün mükəmməl yerdir. Maduro Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğana güvənir. Ərdoğanın isə Trampla yaxşı münasibətləri var”.
Safura Bənnayeva
Globalinfo.az